Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklinin premyerası olub.
   Sarayın mətbuat xidmətindən bildirilib ki, təqdim olunan müzikl uşaqdan böyüyə hər kəsin yaxşı tanıdığı “Ələddinin sehrli çırağı” nağılına tam fərqli bir yanaşmadır. 
   Müziklin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, rəssamı Fərid Nəcəfli, musiqi redaktoru Emin Həsənov, redaktoru Leyla Qədirzadə, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır.
   Səhnə əsərində Ələddin rolunda Zamiq Hüseynov, Yasəmən rolunda Emiliya Yaqubova və Sevda Yəhyayeva çıxış ediblər. Digər obrazları Ələkbər Əliyev, Hüseyn Abdullayev, Nicat Cəfərzadə, Hüseyn Əlili, Tofiq Hacıyev canlandırıblar. Səhnə əsərini “İnayət” Əlillərə Yardım Assosiasiyası, “Ümid işığı” Beynəlxalq Əlillər Cəmiyyəti, Yasamal rayon Əlillər Cəmiyyəti, 11 nömrəli xüsusi təhsil mərkəzi və digər mərkəzlərdən 1200 nəfər kimsəsiz və əlil uşaq izləyib.