Azərbaycan Turizm Assosiasiyasının (AzTA) “Baku Guide Service” üçün təşkil etdiyi bələdçi kursları başa çatıb.
   AzTA-dan bildiriblər ki, kursun məqsədi yeni və peşəkar bələdçilərin hazırlanması, bələdçilərin peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır.
   Kurslarda iştirakçılar üçün həmçinin praktiki təlimlər təşkil olunub. Təlimlərdə 18 nəfər iştirak edib, onlardan 13-ü müvəffəqiyyətlə imtahan verərək xüsusi sertifikatlarla təltif ediliblər.