Əlcəzairin “əl-Nahar” telekanalında Azərbaycan və paytaxt Bakı haqqında maraqlı reportaj yayımlanıb.
   Kanalın müxbiri Bakının qədim tarixindən və müasir inkişafından geniş söz açıb, paytaxtımızın bənzərsizliyindən ürəkdolusu danışıb. O, Bakıda kamerasının yaddaşına köçürdüyü bütün gözəllikləri əlcəzairli tamaşaçılara çatdırıb.
   Reportajda qeyd edilir ki, Şərqin Parisi, Qafqazın mirvarisi kimi tanınan Bakı qonaqları heyran edir. Müəllif Yanardağ, Qız qalası, İçərişəhər, Bakı bulvarı kimi məkanlar haqqında da qısa məlumat verir.
   Məşhur balaban ustası Əlixan Səmədovun ifasında səslənən xalq mahnılarımız - “Çoban bayatı” və “Sarı gəlin”in müşayiəti ilə təqdim olunan reportaj tamaşaçını Azərbaycana gəlməyə və bu gözəllikləri yaxından görməyə həvəsləndirir.