Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dahi azərbaycanlı” sənədli filminin çəkilişləri başa çatıb. Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” yaradıcılıq birliyində istehsal olunan ekran əsərinin ssenari müəllifli Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmdə ümummilli liderin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünü, o cümlədən gənclik illərini əks etdirən maraqlı faktlar əksini tapıb.