Azərbaycan

 

3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib.

 

4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.

4 noyabr 1959 – Xalq artisti, dirijor, Bakı Musiqi Akademiyasının professoru Yalçın Vasif oğlu Adıgözəlov anadan olub.

 

5 noyabr 1925 – Türkoloq, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan dilinin tarixi”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.

5 noyabr 1938 – Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 - 3.6.1991) Ordubad şəhərində anadan olub.

5 noyabr 1948 – Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948-2004) Bakının Kürdəxanı kəndində doğulub.

5 noyabr 2001 – Xalq artisti Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib.

 

Dünya

 

3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.

3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.

3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.

3 noyabr 1901 – Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir.

 

4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.

4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.

4 noyabr 1928 – Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.

4 noyabr 1946 – BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. Təşkilatın 1945-ci il noyabrın 16-da Parisdə imzalanan nizamnaməsi qüvvəyə minib.

 

5 noyabr 1878 – Rus (polyak əsilli) yazıçı-dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. Əsərləri: “Sanin”, “Ən son həddə”, “Qısqanclıq”, “Vəhşi qanunu” və s.

5 noyabr 1913 – İngilis aktrisası, “Oskar” mükafatçısı Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub.

5 noyabr 1938 – Fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-1980) anadan olub.

Hazırladı:  Vüqar ORXAN