Azərbaycan

7 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb.

 

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub.

8 dekabr 1930 – Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub.

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub.

8 dekabr 1957 – Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub.

 

9 dekabr 1918 – Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub.

9 dekabr 1973 – Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib.

 

10 dekabr 1918 – Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub.

10 dekabr 1924 – Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub.

10 dekabr 1935 – Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub.

 

Dünya

 

7 dekabr 1598 – İtalyan memarı və heykəltəraşı Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.

7 dekabr 1889 – Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832-1910) anadan olub.

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub.

8 dekabr 1934 – Rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub.

 

9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.

 

10 dekabr 1821 – Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub.

10 dekabr 1890 – Görkəmli başqırd şərqşünası və türkoloq, ictimai xadim Əhməd Zəki Validi Toğan (1890 - 28.7.1970) anadan olub.

Hazırladı:  Vüqar ORXAN