Azərbaycan

15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır.

15 mart 1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

15 mart 1893 – Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 - 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.

15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 - 12.6.1996) anadan olub.

15 mart 1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub.

15 mart 1923 – Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub.

15 mart 1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) anadan olub. Naxçıvan teatrında çalışıb.

15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

15 mart 1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

 

16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 - 15.5.1982) Bakıda doğulub. Musiqili Komediya Teatrında çalışıb.

16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 -8.1.1996) Şuşada anadan olub.

16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) Bakıda doğulub.

 

17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

17 mart 1919 – Görkəmli aktyor, rejissor, Azərbaycanın professional teatr sənətinin banilərindən Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib.

 

Dünya

 

15 mart 1830 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse; 1830-1914) anadan olub.

15 mart 1932 – Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.

 

16 mart 1839 – Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme; 1839-1907) anadan olub.

 

16 mart 1935 - Rusiyanın Xalq artisti Sergey Yurski (1935 – 8.2.2019) anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə çəkilib.

16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci; 1940 – 26.11.2018) anadan olub.

 

17 mart 1901 – Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.

Hazırladı:  Vüqar ORXAN