Azərbaycan

18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916-1957) anadan olub.

18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922-1988) Qax rayonunun İlisu kəndində doğulub.

 

19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907-1977) Bakıda anadan olub.

19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.

19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.

 

20 mart 1879 – Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 - 16.2.1945) anadan olub.

20 mart 1899 – Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında mərhələ təşkil edən pyesləri ilə yanaşı, şeir və hekayələrin, kinossenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.

20 mart 1912 – Azərbaycanın və Rusiyanın Xalq artisti, teatr rejissoru Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub.

20 mart 1933 – Şair, publisist, dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli (1933-2012) Qusar rayonunun Sudur kəndində anadan olub.

20 mart 1945 – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) anadan olub.

 

21 mart 1896 – Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 - 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

21 mart 1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898-1967) anadan olub.

21 mart 1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. 20-dən çox poemanın, mənzum dramların müəllifidir.

21 mart 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, kinoda yaddaqalan obrazlar yaradıb.

21 mart 1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920-2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

21 mart 1924 – Aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 1924 - 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.

 

21 mart 1897 – Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində doğulub. Repressiya qurbanıdır.

21 mart 1921 – Yazıçı-jurnalist, professor Nurəddin Həsən oğlu Babayev (1921 - 25.9.1991) Gəncə şəhərində doğulub.

 

22 mart 1854 – Maarifçi, şair, publisist Məhəmməd Tağı Sidqi (Məhəmməd Tağı Kərbəlayı Səfər oğlu Səfərov; 1854 - 9.12.1903) Ordubad rayonunda doğulub.

22 mart 1895 – Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-1938) anadan olub.

22 mart 1898 – Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub.

22 mart 1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub.

22 mart 1909 – Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. Bir sıra əsərləri (“Səhər”, “Qara daşlar”) ekranlaşdırılıb.

22 mart 1913 – Xalq artisti Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb, filmlərdə, teletamaşalarda maraqlı obrazlar qalereyası yaradıb.

22 mart 1913 – Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub.

22 mart 1913 – Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub.

22 mart 1914 – Xalq artisti Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. Teatr tamaşaları ilə yanaşı, “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

22 mart 1915 –  Xalq rəssamı Əliyev Baba Balababa oğlu (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub.

22 mart 1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib.

22 mart 1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanı, povest və hekayələrin müəllifidir.

22 mart 1922 – Cənubi Azərbaycan yazıçısı Fəthi Xoşginabi (Fəthi Həmzə Əli oğlu; 1922-1989) anadan olub.

22 mart 1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925-2004) Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub.

22 mart 1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov; 1931 - 30.6.1969) Göyçayda anadan olub.

22 mart 1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub.

22 mart 1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub.

 

23 mart 1914 – Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (bəzi mənbələrdə doğum günü 1 aprel göstərilir; 1914 – 11.8.1973) Gəncədə anadan olub.

23 mart 1920 – Bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada doğulub. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

23 mart 1937 – Şair, filoloq, Qobustan, Gəmiqaya abidələrinin tədqiqatçısı Əjdər Əliş oğlu Fərzəli (1937-2011) Ağcabədi şəhərində anadan olub.

 

Dünya

 

18 mart 1842 – Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stéphane Mallarmé; 1842-1898) anadan olub.

18 mart 1844 – Rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub.

 

19 mart 1895 – Ukrayna şairi, tərcüməçi, ədəbiyyatşünas Maksim Faddeyeviç Rılski (1895-1964) anadan olub. 

 

20 mart 1741 – Fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon; 1741-1828) anadan olub.

20 mart 1828 – Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen; 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

 

21 mart 1839 – Rus bəstəkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub.

 

22 mart 1394 – Özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taraqay Uluqbəy (1394-1449) anadan olub.

 

23 mart 1826 – Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus; 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.

23 mart 1875 – Türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875 -25.10.1924) Diyarbəkirdə doğulub.

23 mart 1881 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard; 1881-1958) anadan olub.

Hazırladı:  Vüqar ORXAN