Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, “Oniros Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019”  festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International Film Festival”da isə “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülüb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunan ekran əsəri indiyədək beynəlxalq festivallarda 30-dək mükafat qazanıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.