Azərbaycan

30 noyabr 1934 – Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub.

 

1 dekabr 1940 – Teatr xadimi, dramaturq, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyeslər yazıb. “Bakılılar”, “Kəndlilər” filmlərində çəkilib.

1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Kitabları: “Daş harayı”, “Qayalara yazılan səs”, “Dünya düzəlmir” və s.

 

2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (28.1.1848 – 1929) vəfat edib. A.Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

 

3 dekabr 1920 – Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920-1999) anadan olub.

3 dekabr 1928 – Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.

 

Dünya

 

30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667-1745) anadan olub.

30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.

30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835-1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

 

2 dekabr 1859 – Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.

2 dekabr 1888 - Türk yazıçısı, şair Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah” və s.

2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.

2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

 

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Vilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.

Hazırladı:  Vüqar ORXAN