Azərbaycan

14 dekabr 1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (1915 – 9.6.1989) Tiflisdə anadan olub.

14 dekabr 1927 – Kristalloqrafiya sahəsində məşhur alim, sənətşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927 – 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub.

14 dekabr 1929 – Ədəbiyyatşünas, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub.

14 dekabr 2011 – Xalq artisti, görkəmli xanəndə Qədir Çərkəz oğlu Rüstəmov (20.11.1935 – 2011) vəfat edib.

 

15 dekabr 1905 – Rəssam, Əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşova (1905 – 5.3.1970) Qubada anadan olub.

15 dekabr 1909 – Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 – 14.10.1974) Bakının Əmircan kəndində doğulub.

15 dekabr 1910 – Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub.

15 dekabr 1912 – Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 - 4.7.1975) anadan olub.

15 dekabr 1924 – Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə; 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub.

 

16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898-1981) anadan olub. 

16 dekabr 1934 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (1934 – 18.4.1991) Bakının Əmircan kəndində anadan olub.

16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 – 1979) vəfat edib.

16 dekabr 2011 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib.

 

Dünya

 

14 dekabr 1895 – Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel; 1895-1952) anadan olub.

14 dekabr 1924 – Hind aktyoru, rejissor Rac Kapur (Raj Kapoor; 1924 – 2.6.1988) anadan olub.

 

15 dekabr 1798 – İtalyan şair Antonio Qvandanoli (Antonio Guadagnoli; 1798- 1858) anadan olub.

 

16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 – 26.3.1827) anadan olub.

16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775-1817) anadan olub.

16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866-1944) anadan olub.

Hazırladı:  Vüqar ORXAN