Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 95 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən elektron məlumat bazası hazırlanaraq virtual rejimdə təqdim olunub.

“Xalq şairi Bəxtiyar Vahabzadə” adlı məlumat bazası rəsmi sənədlər, ədibin yaradıcılığı, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin şair haqqında fikirləri, əsərləri, sözlərinə yazılmış mahnılar, xatirəsinin əbədiləşdirilməsi, foto və videoqalereyalar bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə http://anl.az/el/emb/b.vahabzade/index.html linki vasitəsilə tanış olmaq olar.