“Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin (1895-1965) anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.  Markanın üzərində şairin qrafik portreti təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarus Respublikasında 300 min tirajla çap olunub. Bununla yanaşı, Əliağa Vahidin 125 illiyi ilə bağlı 200 ədəd zərf də hazırlanaraq satışa çıxarılıb.