AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli müəllif Mahmud Erol Kılıçın “Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub.

İnstitutdan bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndəsi Mahmud Erol Kılıçın təsəvvüfün bəşər təfəkkürünün bu günü və sabahı üçün örnək olduğuna dair araşdırması əksini tapıb. Nəşrə ön sözü Afaq Əsədova yazıb.