Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Candles” – 101 verses” (“Şamlar” – 101 şeir) kitabı Almaniyanın “Lyrik Kabinett” Fondunun kitabxanasında yerləşdirilib.  

Mərkəzin “Lyrik Kabinett” ilə əməkdaşlığı çərçivəsində 2015-ci ildə nəşr olunan və Londonda təqdimatı keçirilən topluda müasir Azərbaycan şairlərinin poetik nümunələri yer alıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır. Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, videomateriallar, ədəbi jurnallar və s. saxlanılır.