Azərbaycan

 

2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (1848-1929) vəfat edib. Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

2 dekabr 1966 – Əməkdar artist Atamoğlan Rzayev (1912-1966) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə (“Kəndlilər”, “Koroğlu”) çəkilib.

 

3 dekabr 1918 – Aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Məmmədhəsən oğlu Vəli (1867-1918) vəfat edib.

3 dekabr 1920 – Şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.

3 dekabr 1928 – Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.

3 dekabr 1937 – Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Borisovna Şneyer (1937-2019) anadan olub.

3 dekabr 1996 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Akademik Rus Dram Teatrının direktoru (1989-1991) olub. Filmlərdə (“Dəli Kür”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) yaddaqalan obrazlar yaradıb.

3 dekabr 2013 – UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Qarabağ atları üzərində çövkən oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb.

 

4 dekabr 1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

 

Dünya

 

2 dekabr 1859 – Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.

2 dekabr 1888 – Türk yazıçısı, şair Namiq Kamal (21.12.1840 – 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah” və s.

2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.

2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas – Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Vilyams (Andy Williams – Howard Andrew Williams; 1927-2012) anadan olub.

 

4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875-1926) anadan olub.

4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

4 dekabr 1922 – Fransız aktyoru Jerar Filipp (Gerard Philipe; 1922-1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Təhlükəli əlaqələr” və s.

Hazırladı:  Vüqar ORXAN