Prezident İlham Əliyevin dekabrın 15-də imzaladığı sərəncama əsasən, Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya, Keniya, Cibuti və Ruandada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.