Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Xarı bülbül” onlayn şeir müsabiqəsinə yekun vurulub. Vətən müharibəsinin şəhidi kapitan Vüsal Quliyevin övladları onlayn müsabiqənin qalibi olublar.
Dekabrın 15-də Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və idarənin kollektivi şəhid Vüsal Quliyevin ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.
Onlayn şeir müsabiqəsində birinci və ikinci yerə layiq görülmüş şəhid övladları Hüseyn və Rüqayə Quliyevlərə diplom və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, cəsur zabitimiz Vüsal Tahir oğlu Quliyev sentyabrın 28-də Vətən müharibəsində Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. İki övladı yadigar qalıb.