Dövlət Tərcümə Mərkəzi məşhur Meksika yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Servantes mükafatı laureatı Karlos Fuentesin “Seçilmiş əsərləri”ni nəşr edib.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba müəllifin “Artemio Krusun ölümü”, “Aura” romanları və “Çak mool” hekayəsi daxil edilib. Əsərləri Azərbaycan dilinə Saday Budaqlı tərcümə edib, redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

Karlos Fuentes 1928-ci ildə Panamada diplomat ailəsində doğulub. 1954-cü ildə “Mübhəm günlər” adlı ilk hekayələr toplusu nəşr olunub. “Buludsuz, aydın diyar”, “Aura”, “Artemio Krusun ölümü”, “Dərinin dəyişməsi”, “Yandırılmış su”, “Doğulmamış Xristofor”, “Adəm Edemdə” və s. romanların müəllifidir. Əsərləri 24 dilə tərcümə olunub. 2012-ci ildə vəfat edib.