Tanınmış karikaturaçı rəssam Vaqif Ucatay 2020-ci il dekabrın 20-də 65 yaşında dünyasını dəyişib.
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) 22 iyun 1955-ci ildə Şabran rayonunun Təkyə kəndində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (indiki Rəssamlıq Kolleci) və İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb.
1993-cü ildən Ə.Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Çoxlu sayda rəngkarlıq nümunələrinin, plakatların, qrafika əsərlərinin, satirik karikaturaların müəllifidir.
Yaradıcılığında milli ənənələrə, xalqımızın qan yaddaşına xüsusi yer ayıran rəssamın 2009-cu ildə azərbaycanlıların soyqırımı tarixinə həsr etdiyi silsilə əsərlərindən ibarət fərdi sərgisi keçirilib.
Allah rəhmət eləsin.