Rusiyada yaşayan həmvətənimiz, yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” povesti işıq üzü görüb.

Tanınmış stomatoloq olan və Moskva klinikalarının birinin baş həkimi işləyən Sabit Əliyevin qələmə aldığı əsər Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin həyat hekayəsidir. Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.

Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağdakı digər torpaqlarımız işğaldan azad edildi. Müəllif vurğulayır: “Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.

Sabit Əliyevin “Mənim evim Şuşa” kitabını “LitRes”, “Labirint”, “Mybook”, “Bookmate” və digər rusdilli kitab portallarından oxumaq mümkündür.