Azərbaycan

 

25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 – 6.1.1938) Bakıda doğulub. Repressiya qurbanı olub.

25 yanvar 1984 – Görkəmli aktyor, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (4.8.1915 – 1984) vəfat edib. Akademik Milli Dram Teatrında, kinoda (“Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s.) yaddaqalan obrazlar yaradıb.

 

26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib. Seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsindən sonra ona rəhbərlik edib.

26 yanvar 1933 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (1933 – 29.1.2016) Bakıda doğulub. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir.

26 yanvar 1934 – Əməkdar rəssam Elçin Muxtar oğlu Aslanov (1934-2018) Bakıda doğulub. Kitab qrafikası ilə məşğul olub, Akademik Milli Dram Teatrında tamaşalara səhnə tərtibatı verib.

26 yanvar 2008 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 – 2008) vəfat edib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

27 yanvar 1906 – Görkəmli tarixçi Sara Aşurbəyli (1906 – 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb.

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 – 7.9.1990) anadan olub.

27 yanvar 1939 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (1939 – 14.9.2017) Qazax rayonunda doğulub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.5.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

 

Dünya

 

25 yanvar 1759 – Şotland şairi Robert Berns (Robert Burns; 1759 – 21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.

25 yanvar 1938 – Rus şairi və müəllif mahnıları ifaçısı, aktyor Vladimir Vısotski (1938 - 25.7.1980) anadan olub.

 

26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925-2008) anadan olub.

 

27 yanvar 1756 – Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart; 1756-5.12.1791) Zalsburq şəhərində doğulub.

27 yanvar 1832 – İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub.

Hazırladı:  Vüqar ORXAN