Prezident İlham Əliyev yanvarın 26-da Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tanınmış heykəltəraş, respublikanın Əməkdar rəssamı Albert Mustafayev 26 yanvar 1931-ci il Şəkidə doğulub. Sənətkar Bakı şəhərində “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəlinin, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.