Azərbaycan Dövlət Rəsm Qalereyası 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq açılacaq ənənəvi “Axın” sərgisinə rəsm qəbulu elan edir.

Sərginin məqsədi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir.

Qalereyadan bildirilib ki, sərgidə iştirak etmək istəyən müəlliflər adını, soyadını və rəsm əsərinin fotosunu birlikdə resmqalereya@gmail.com adresinə göndərməlidirlər.

Sərgi üçün əsərlərin qəbulu yanvarın 28-dək aparılacaq.