Özbəkistanın “ishonch.uz” portalında rus dilində Azərbaycan aşıq sənəti haqqında “Azərbaycanın qeyri-maddi mədəni irsi-aşıq sənəti” sərlövhəli məqalə yerləşdirilib.

Materialda ozan-aşıq sənəti haqqında özbək oxuculara bilgi verilir. Bildirilir ki, aşıqlıq sənəti Azərbaycan xalqı arasında geniş yayılıb. Azərbaycanda aşıq sənətinin geniş yayıldığı bölgələrdə qədim zamanlardan aşıqlar el şənliklərini yola verib.

Yazıda aşıq havaları haqqında da məlumat verilir, bildirilir ki, hazırda aşıqlar 80-dən artıq hava ifa edirlər.

Qeyd olunur ki, ənənəvi klassik aşıq musiqisində bayatı, gəraylı, qoşma, təcnis və digər poetik janrlardan istifadə olunur.