Çexiyada yaşayan tanınmış aktyor və kukla teatrı rejissoru Yevgeni İbrahimov Kazanda “Əkiyat” (“Hekayət”) kukla teatrında öz quruluşçu komandası və yerli aktyorlar ilə birlikdə Şərq poeziyasının motivləri əsasında tamaşa qoymaq niyyətindədir.

Teatrın bədii rəhbəri İlgiz Zayniyev bu barədə deyib: “Əgər pandemiya bizə mane olmasa, dəfələrlə “Qızıl maska” teatr mükafatına layiq görülmüş Yevgeni İbrahimov bizdə tamaşa quracaq. Cəlaləddin Rumi və Ömər Xəyyamın poetik nümunələri əsasında hazırlanacaq  tamaşanın mətnini də rejissor şəxsən özü yazmağı planlaşdırır.