Rəsm müsabiqəsi elan olunub

“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.

Müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqədə iştirak etmək üçün Xətai Sənət Mərkəzinin www.xsm.az saytında müvafiq linkə daxil olaraq 1 və ya 2 əsərin fotosunu göndərməklə qeydiyyatdan keçmək lazımdır.

Müsabiqəyə rəsmlərin qəbulu martın 2-dək davam edəcək.