Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn sərgi təqdim edib.

Akademiyadan bildirilib ki, sərgidə gənclərin bu dəhşətli faciə ilə bağlı təəssüratlarını əks etdirən rəngkarlıq, toxuculuq, qrafika əsərləri nümayiş etdirilir.

Onlayn sərgidə Emin Aslanovun “Xocalı”, Murad Ələkbərzadənin “Azərbaycanın faciəvi tarixi”, “Stop! Terror!”, Ramin Rüstəmovun “Müharibələr”, Cavidan Əhmədovun “Yurda təcavüz”, Fərəh Mirzəyevanın “Qarabağ tarixi” silsiləsi, Səxavət Abdullayevin “Əsgərlər”, Asim Bayramovun “Qaçqınlar”, Bayram Bayramovun “Müharibə ərəfəsində”, Elşad Əliyevin “Müharibə”, Zamin Abbasovun “Qaçqınlar”, Aysel Əmirovanın “Xeyir və şər”, Akif Yarışovun “Qaçqınlar”, Humay Kərimovanın “Xocalı” adlı kompozisiyaları yer alıb.