Türkiyənin Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu tərəfindən Şuşa şəhərində inşa ediləcək Üzeyir Hacıbəyli adına məktəbə yardım kampaniyası başlanıb.

Bu xoş niyyətli işə ilk töhfəsini verən qurum Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) oldu. Martın 3-də qurumun baş direktoru Talip Geylanın təşəbbüsü ilə 50 min TL pul fonda bağışlanıb.

Doqquz ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Kosova, Rumıniya, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, İraq) fəaliyyət göstərən təhsil həmkarlar təşkilatlarının üzv olduğu BATHİ-nin Türk dünyasında işbirliyinin gücləndirilməsi məqsədilə qurulduğunu diqqətə çatdıran T.Geylan deyib: “Birlik olaraq, ölkələrimiz arasında mövcud olan mənəvi bağları gücləndirməyə və hər sahədə, xüsusən də təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı artırmağa çalışırıq. Bu mənada imkanlarımız daxilində sərgilənən hər cür fəaliyyətə dəstək oluruq.  Türk mədəniyyəti üçün böyük əhəmiyyəti olan Şuşa şəhərində Azərbaycan “İstiqlal marşı”nın bəstəkarı Üzeyir Hacıbeyli adına bir məktəb inşa ediləcəyindən çox məmnunuq”.

BATHİ-nin baş direktoru qeyd edib ki, Türk dünyasının  dörd bir tərəfində fəaliyyət göstərər  təhsil işçiləri olaraq, MHP lideri Dövlət Bahçeli, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdir edilən, Ülkü Ocaqlar Təhsil və Mədəniyyət Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək bu layihədə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk: “Əminəm ki, bu təşəbbüsün yaradacağı yeni ab-hava Türk coğrafiyasının hər tərəfinə yayılacaq. BATHİ olaraq bu layihəyə töhfəmizi ifadə edirik və bütün vətəndaşlarımızı "Gəlin, şorbada duzumuz olsun" deyərək bu xeyirxah niyyəti dəstəkləməyə dəvət edirik”.

Mehparə SULTANOVA
Ankara