Bolqarıstan Respublikasının Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə onlayn rəsm müsabiqəsi keçirib.

Səfirlikdən verilən məlumata görə, “Bolqarıstan uşaqların gözü ilə” adlı müsabiqədə 6-10 yaş və 11-16 yaşınadək olan 40-dan çox uşaq iştirak edib.

Münsiflər heyətinin rəyinə görə, 6-10 yaşınadək uşaqlar arasında Məryəm Mövlamlı birinci, Dəniz Quliyeva ikinci, Zəhra Əbdürəhmanlı üçüncü yeri tutub.

11-16 yaşınadək uşaqlar arasında Mədinə Həmzətova, Gülxanım Əmirli və Ülkər Əliyeva qalib olublar.

Müsabiqədə iştirak edən 40-dan çox balaca rəssama mükafatlar verilib.