Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı “Sözün nizamı” adlı bədii qiraət festivalı keçirir.

“Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan sayca beşinci festival dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edirlər. Aktyorlar tərəfindən təqdim olunan video materiallar Bakı Uşaq və Gənclər Teatrının “Youtube” kanalında yerləşdirilir.

Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndiriləcək.

Festivala 10 mart – Milli Teatr Günündə yekun vurulacaq.       

Təqdim olunan videomateriallar bu linkdə:

https://youtube.com/channel/UCY-I1uz38qC14T1KVqPSiWA