Gürcüstanda azərbaycanlıların bir neçə qeyri-hökumət təşkilatı, gənclər və ictimai fəallar Baş nazir İrakli Qaribaşviliyə müraciət ünvanlayaraq ölkədə tətbiq olunan komendant saatının Novruz bayramı günü ləğvini xahiş edirlər.

Müraciətdə diqqətə çatdırılır ki, Novruz bayramı adət-ənənələrinə uyğun olaraq papaq atmaq, tonqal qalamaq və s. axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün komendant saatının martın 21-də aradan götürülməsi xahiş olunur.

Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından saat 21:00-dan saat 05:00-dək ölkə üzrə piyadalar və avtomobillərin hərəkətinə icazə verilmir. Hökumət komendant saatı rejimini Milad bayramı ilə bağlı yanvarın 6-7-də ləğv etmişdi.