Yaponiyanın qrafika üzrə proqram təminatı ilə məşğul olan “Celsys” şirkəti “Parlamaq vaxtıdır!” mövzusunda 27-ci Beynəlxalq illüstrasiya müsabiqəsi elan edib.

Müsabiqədə həm rəqəmsal, həm də ənənəvi şəkilçəkmə üsullarından istifadə edilə bilər.

Birinci yerin qalibi 1500 dollar məbləğində pul mükafatı və digər qiymətli hədiyyələr qazanacaq.

İştirak qaydaları ilə tanış olmaq və müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün bu linkə https://www.clipstudio.net/en/cspcontest27/ daxil ola bilərsiniz.