Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon MKS-nin Zərqulu kənd kitabxanasında “Nizami Gəncəvinin lirikası” başlığı altında onlayn tədbir keçirilib. Çıxışlarda mütəfəkkir şairin humanizm ideyalı, yüksək sənətkarlığa malik əsərlərinin bir sıra xalqların ədəbiyyatlarının inkişafına güclü təsir göstərdiyi vurğulanıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları, Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbi, Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialları və şəhər Mərkəzi kitabxanası Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar videoçarxlar hazırlayıblar.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mərkəzi kitabxanası filial kitabxanaların əməkdaşları və fəal oxucuların iştirakı ilə “Nizami Gəncəvinin həyatı və nəsihətləri” adlı videokonfrans təşkil edib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir Rayon Təhsil Şöbəsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsinə yekun vurulub. Nizami Gəncəvi yaradıcılığından nümunələri səsləndirən müsabiqə iştirakçıları öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Kürdəmir rayon Mollakənd kənd Q.Sadıqov adına tam orta məktəbin şagirdi Behbud Alıyev I, həmin məktəbin şagirdi Səmra Muxtarova, Karrar qəsəbə tam orta məktəbinin şagirdi Təhminə Heydərova II, T.İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin şagirdi Həqiqət Məmmədova, M.Ə.Rəsulzadə adına 2 saylı məktəb-liseyin şagirdi Aydan Mənəfova və Sorsor kənd E.Ağayev adına tam orta məktəbin şagirdi Tamara Ədilova III yerə layiq görülüblər.