Pandemiya səbəbindən dünyanın əksər ölkələrində olduğu kimi, ABŞ-da teatrların fəaliyyətində məhdudlaşma hökm sürürdü. Ötən ilin martında  qapılarını bağlayan Brodvey teatrları 36 dəqiqəlik tamaşa ilə pərdələrini seyrçilərin üzünə açıb.

150 nəfərlik tamaşaçı üçün hazırlanan xüsusi tamaşa Müqəddəs Ceyms Teatrında göstərilib. Performansda məşhur aktyor Natan Leyn və xoreoqraf Savion Qlover çıxış ediblər.                            

Koronavirusa görə sərt tədbirlərin görüldüyü şounu tamaşaçılardan neqativ COVİD-19 testi və ya peyvənd olunduqlarına dair sənəd təqdim edərək izləyə biliblər. 1700 nəfərlik tamaşa salonunda sosial məsafə saxlanılaraq yerləşdirilən tamaşaçılar əsasən Aktyorlar Fondu və “Broadvey Cares Equity Fights AIDS” kimi cəmiyyətlərin üzvlərindən ibarət olub.