Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 23-29 may tarixində “AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, festival-yarmarkanın “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən hipermarketində keçirilməsi nəzərdə tutulur. Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupu rəssamlarının kiçikölçülü rəngkarlıq, heykəltəraşlıq nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar keçiriləcək.