Özbəkistan İslam Akademiyası (keçmiş Daşkənd İslam Universiteti) “Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər” mövzusunda onlayn konfrans keçirib.

Əvvəlcə akademiyanın müəllimi, dosent Ziba Qasımova çıxış edərək Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər haqqında danışıb.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov qurumun təşəbbüsü və dəstəyi ilə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı nümunələri haqqında söhbət açıb.

Konfransda AMEA-nın Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Azərbaycanda Novruz bayramı”, şöbənin əməkdaşı Şəbnəm Babayevanın “Abdulla Qədirinin “Ötən günlər” əsərində milli xüsusiyyətlər”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli adına Elmi-tədqiqat mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurovanın “Müstəqillik dövründə Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” mövzularında və s. məruzələr dinlənilib.