Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir və Beyləqan rayon Heydər Əliyev mərkəzləri “Gözlərə nur bəxş edən qadın” adlı videokonfrans  təşkil edib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Nur dolu ömür” adlı rəsm sərgisi təşkil olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “O, əsl gözəllik mücəssəməsi idi...” mövzusunda onlayn tədbir gerçəkləşib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Hüseyn Arifin Ev-Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş müxtəlif tədbirlər keçiriblər.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Heydər Əliyev Mərkəzi, Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanası və rayon Qandax kənd Mədəniyyət evində akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə tədbirlər keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Nurlu ömrün salnaməsi” adlı onlayn tədbir keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş onlayn tədbir keçirib, Yevlax şəhər Heydər Əliyev Mərkəzində isə sərgi təşkil olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filialı və Samux rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində görkəmli oftalmoloq alimə həsr olunan tədbirlər təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı və şəhər kitabxana filialı əməkdaşlarının iştirakı ilə “Azərbaycan tibb elminin parlaq səhifələri” mövzusunda seminar keçirilib. Goranboy Dövlət Rəsm Qalereyası isə Gənclər parkında səyyar sərgi təşkil edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Abulbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim” adlı videokonfrans keçirilib.

NURƏDDİN