İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və idarənin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidləri Aqşin Ənvərli və Elvin Abdurahmanovun ailələri ziyarət olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsi iştirakçıları Ruslan Qasımov və Orxan Fəxrəddinovla görüş təşkil edib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı 9 May - Qələbə Günü ilə əlaqədar “Vətənin şöhrətini ucaldan igidlər” mövzusunda onlayn tədbir keçirib.

Gəncə şəhər MKS-nin Komplektləşdirmə və kitabişləmə şöbəsi Vətən müharibəsi şəhidi Eltac Quliyevə həsr edilmiş “Şəhidim, şərəfim, qürurum” başlığı altında onlayn görüş keçirib.

Goranboy rayon MKS-nin Tatarlı kənd kitabxana filialı Milli Qəhraman Sərxan Ocaqverdiyevin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım günü keçiriblər.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı onlayn görüş keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri Süleyman Bağırov, Emil Hümmətov, Pərviz Balabəyov və Qubad Zeynalovun ailələrini ziyarət ediblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun məzarını ziyarət ediblər. Qazax rayon Mədəniyyət Mərkəzi filialları ilə birgə 9 May - Qələbə Günü münasibətilə “İkiqat Qələbən mübarək, Azərbaycan!” adlı onlayn tədbir keçirib.