Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon MKS və Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami 880” adlı kitab sərgisi təşkil olunub.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – bəşəri şair” adlı onlayn tədbir keçirilib. Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi dühası” adlı dəyirmi masa təşkil edilib. Zərdab rayon Heydər Əliyev Mərkəzi “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə çox böyük ehtiyacı var”, Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyi isə “Bəşəri ideyalar carçısı – Nizami Gəncəvi” adlı tədbirlər keçiriblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin Əliabad qəsəbə kitabxanasının təşkilatçılığı ilə “Dünya şöhrətli ulu sənətkar – Nizami Gəncəvi” adlı videokonfrans keçirilib.