Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi Sumqayıt şəhərinə səfəri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib.

Ulu öndərin dövlətçilik irsinin öyrənilməsi, həyat salnaməsinin yeni nəslə çatdırılması, gənclərin tarixi keçmişimizə bağlılığı və vətənpərvər ruhda yetişməsi istiqamətində Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında səfirə geniş məlumat verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev şəhərdə son illərdə həyata keçirilən layihələrdən söz açıblar.

Sumqayıtda gördüklərindən məmnunluğunu bildirən diplomat vurğulayıb ki, iki ölkə arasında bir çox sahələrdə çox gözəl əlaqələr qurulub və bu əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.