Ulu öndərin anadan olmasının 98-ci ildönümü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunur

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edirlər.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Tarixin işığında” adlı ədəbi-bədii, musiqili kompozisiyanı virtual formatda təqdim edib. Xalq şairi Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərləri əsasında hazırlanan kompozisiyada teatrın aktyorları ilə bərabər, Masallı Dövlət Regional Kollecinin tələbələri və mədəniyyət işçiləri iştirak ediblər.

Səhnə işinə Mərhəmət Lələyev quruluş verib. Teatrın rejissoru Cəmaləddin Əliyev və bədii qiraətçi Ziyafət Hüseynovun çıxışlarından sonra rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə və Masallı Dövlət Regional Kollecinin tələbələri ulu öndəri tərənnüm edən şeir parçaları səsləndiriblər. Mədəniyyət Mərkəzinin solistləri –müğənnilər Atamoğlan Zahid və Ruslan Zahidov musiqi nömrələri səsləndiriblər.

Regional idarənin tabeliyindəki Yardımlı rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Yardımlı rayon nümayəndəliyi və mərkəzin birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət” sənədli filminin nümayişi keçirilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon nümayəndəliyinin tabeliyindəki mədəniyyət evləri, klublar və kitabxanaların əməkdaşları ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin əhatə etdiyi mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı onlayn görüş keçirilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki və Zaqatala Heydər Əliyev mərkəzlərinin əməkdaşları “Tarixi yazmış bir tale” adlı onlayn respublika müsabiqəsində uğur qazanıblar. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Ramazanova ikinci, Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Cəfərova isə üçüncü yerə layiq görülüblər.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsi, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sən elə bir zirvəsən...” adlı yeniyetmələr və gənclər arasında onlayn mahnı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Xalq mahnıları” (muğam, təsnif) nominasiyası üzrə I yerə Fərid Məhərrəmli, II yerə Aydın Məhərrəmli, III yerə Könül Piriyeva, “Solo ifa” nominasiyası üzrə I yerə Cavanşir Abdullalı, II yerə Rəhman Vahabov və Seymur Vəliyev, III yerə Təbriz Salahov layiq görülüb. “Bəstəkar mahnıları nominasiyası üzrə Etibar Həsənov I, Vüsal Səmədov II, Nərmin Süleymanova  isə III yelə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Sonra "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanmış kompozisiyaya və rəsm sərgisinə baxış keçirilib.

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Qəlblərdə yaşayan lider - Heydər Əliyev" adlı onlayn konfrans keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə mədəniyyət könüllülərin iştirakı ilə silsilə tədbirlər keçirilib. Könüllülər ulu öndərin Sabirabad rayonunun mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzində ulu öndərin regiona səfərləri ilə bağlı "Sənə min bir məhəbbət..." adlı videoçarxın təqdimatı keçirilib. Təqdimatda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarə aparatının əməkdaşları, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, mədəniyyət könüllüləri iştirak ediblər.

Mədəniyyət könüllülərinin Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin kinozalında "Dahi azərbaycanlı" sənədli filmi nümayiş etdirilib.

Regional idarənin təşkilatçılığı ilə Sabirabad rayonunun mərkəzi meydanında mədəniyyət könüllüləri tərəfindən ulu öndərin anadan olmasının ildönümü münasibətilə fləşmob keçirilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tarix dərsi keçirilib.

Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan şəhər Mədəniyyət Mərkəzinin Bayramlı qəsəbə klubunun birgə təşkilatçılığı ilə ulu öndərə həsr olunmuş sərgi keçirilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Tarixdə və yaddaşlarda əbədi yaşayacaq şəxsiyyət” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. İcra başçısının müavini Günel Nurəddinova və regional idarənin rəisi Vüsal Hüseynov sərgi ilə tanış olublar.

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi tərəfindən "Ümummilli lider Heydər Əliyev" adlı sərgi nümayiş olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda bilik yarışması keçirilib. İntellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən mədəniyyət işçiləri qatılıb. Üç turdan ibarət yarış Mingəçevir şəhərinin “Nur” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri tərəfindən musiqi nömrələri ifa edilib. Qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib. Mərkəzin direktoru Xəyalə Kərimova tədbirdə çıxış edərək, ulu öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Daha sonra "Tarix yazan şəxsiyyət" adlı sənədli film nümayiş etdirilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda onlayn mühazirə keçirilib. Tədbirdə həmçinin mərkəzin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda hazırladığı videoçarx təqdim olunub.

Balakən Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda videokonfransda keçirilib. Balakən rayon Mərkəzi kitabxanasında "Heydər Əliyev irsinin kitabxanalarda təbliği” mövzusunda videokonfrans təşkil olunub.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Dünəndən bu günə Azərbaycan” adlı görüş keçirilib. Görüşdə ümummilli liderin hakimiyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi həyatında baş verən uğurlu dəyişikliklərdən danışılıb.

Qax rayon Heydər Əliyev Mərkəzində “Tariximizin lideri – Heydər Əliyev ” adlı videokonfrans keçirilib. Tədbirdə eyniadlı videoçarx nümayiş olunub.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videokonfrans keçirilib. Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov ulu öndərin dövlət və xalq qarşısında misilsiz xidmətlərindən, zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişafından, Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi qayğı və diqqətdən söz açıb.

Astara Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının ildönümünə həsr edilmiş videokonfrans keçirilib.

***

Ümummilli lider Heydər Əliyevin adandan olmasının 98-ci il dönümü münasibətilə Abşeron rayonunda ağacəkmə kampaniyası keçirilib. Aksiyada Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəliyinin əməkdaşları və Xırdalan şəhər Musiqi məktəbinin kollektivi də iştirak edib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı  “Azərbaycan qədər əbədi lider” mövzusunda videokonfrans keçirib.

Samux rayonu Qovlar kəndi tam orta məktəbinin şagirdləri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Aqrar inkişaf könüllüləri” və “ASAN könüllüləri” Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin bələdçisi Sevinc Əhmədova qonaqlara Heydər Əliyevin eksponatlar haqqında geniş məlumat verib.

Gəncə şəhər Mədəniyyət Mərkəzinin Sənətkarlıq klubunda “Heydər Əliyev Azərbaycana əbədi azadlıq bəxş etmişdir” adlı dəyirmi masa keçirilib.

Gəncə şəhər Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və regional idarənin bir qrup gənc işçisi iştirak edib.

Xocalı rayon Mədəniyyət evində dəyirmi masa keçirilib. Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək ulu öndərin şərəfli ömür yolundan danışıb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və idarənin tabeliyində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafa Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib. Tədbirdə millət vəkilləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi, YAP-ın İdarə Heyətinin üzvü, filologiya üzrə elmlər doktoru Elnarə Akimova və başqaları Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətini əks etdirən məruzələrlə ilə çıxış ediblər.

Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan yaşadıqca ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" mövzusunda onlayn tədbir keçirilib.

Nurəddin MƏMMƏDLİ