Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evində şəhidlərin fotoşəkillərindən ibarət guşə yaradılıb. İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Nurlan Hüseynovun məzarını ziyarət ediblər.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Şəhriyar Əzizovun xatirəsinə həsr olunmuş onlayn tədbir keçirilib. MKS-nin Qonaqkənd qəsəbə kitabxana filialının əməkdaşları isə Vətən müharibəsi şəhidi Orxan Ömərovun ailəsini ziyarət edib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, kəşfiyyatçı İlham Məmmədova həsr olunmuş “Sizə borcumuzu necə qaytaraq” adlı onlayn görüş keçirilib.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri İsmayıl Süleymanov, Rauf Süleymanov, Pəncalı Hüseynov və Bəhruz Nəcəfovun ailələrinə baş çəkiblər.