Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mədəniyyət Mərkəzi teatrsevərlərə “İdrak işığı sönməzdir” adlı onlayn tamaşa təqdim edib. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tural Kərimovun quruluş verdiyi tamaşada rolları mərkəzin “Könüllülər” qrupunun üzvləri Nuray Əsgərova, Emil Hacıyev və Fərhad Əhmədov ifa ediblər.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Xəmsə” möcüzəsi” adlı dəyirmi masa keçirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Nizami dövrü, ədəbi irsi və məktəbi” adlı tədbir təşkil olunub.

***

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

Regional idarənin Göygöl rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə nümayəndəlik qarşısında açıq havada rəsm sərgisi gerçəkləşib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Nizaminin yubileyinə həsr olunmuş “Sözün də su kimi lətafəti var” adlı tədbir keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi yubiley münasibətilə ağac əkmə aksiyası həyata keçirib. İdarənin rəisi Fərid Qurbanzadə, idarənin əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sabirabad rayon nümayəndəsi və mədəniyyət könüllülərinin iştirak etdiyi aksiya çərçivəsində rayondakı tarixi hamamın, Şıxlar kəndində Baba Samid türbəsinin, Nizamikənd kənd Mədəniyyət evinin həyətində ucaldılmış Nizami Gəncəvinin heykəlinin ətrafında təmizlik-abadlıq işləri aparılıb, ağac tingləri əkilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialı ilə birlikdə “Günəş kimi nur saçır bu cahana Nizami” mövzusunda elmi-praktik konfrans keçirib.

N.MƏMMƏDLİ