Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Kim ki, xalqı bir gecə ədli ilə şad etdi,
O, demək, öz sabahkı evini abad etdi.

(“Sirlər xəzinəsi”)

İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.

(“Leyli və Məcnun”)

Bəlli bir şeydir ki, pislik edənlər
Öz işindən özü çəkəcək zərər.
Eşitməmişsənmi bu məşhur sözü:
“Quyu qazan adam düşəcək özü”.

(“Xosrov və Şirin”)

On naxış vursa da bir naqqaş əgər,
Əsas bir cizgidən sanma əl çəkər.
Bir cizgi naxışdan çıxarsa kənar,
Başqa cizgilər də bütün pozular.

(“Yeddi gözəl”)

Heç qorxma acizə zülm edənlərdən,
Yoxsa qul olarsan onlara, hökmən.

(“İsgəndərnamə” – “İqbalnamə”)

İnsanla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir.

(“İsgəndərnamə” – “Şərəfnamə”)