Bir vaxtlar İtaliyada və Çində “şaquli meşələr” – binaların fasadındakı yaşıllıqlar diqqəti çox cəlb edirdi. Bu yaxınlarda isə İngiltərənin “Sheppard Robson” memarlıq bürosu “Avropanın ən böyük “yaşıl divarına” çevriləcək çoxfunksiyalı binanın “Citicape House” layihəsini təqdim edib.

Qeyri-adi evin tikintisi, ilk növbədə, London ətrafında havanın təmizlənməsi məqsədini daşıyır. Mütəxəssislərin hesablamalarına görə, binanın fasadları ildə 8 tondan çox karbon udaraq 6 tona qədər oksigen istehsal edəcək.

11 mərtəbəli binada 5 ulduzlu hotel, ofis və tədbirlərin keçirilməsi üçün zallar, bar və restoran yerləşəcək. Bina həmçinin yağış suları vasitəsilə yaşıllıq zonasının suvarılması sistemi ilə təchiz ediləcək.