Bu il böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580-ci ildönümüdür. Nəvainin Şərq və dünya ədəbiyyatında şöhrəti ümumilikdə türk xalqlarının qürurudur. Beynəlxalq Türk Akademiyası 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası mütəfəkkir şairin yubileyi  münasibətilə “Şərqdə doğan günəş – Əlişir Nəvai” adlı metodik vəsaiti istifadəçilərə təqdim edib.

Şəhər-rayon Mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-lərin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulan vəsait iki hissədən ibarətdir.

“Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə”nin müəllifi” adlı birinci hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. “Söz sərrafı – Nəvai” adlı ikinci hissədə şairin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlər əks olunur.

Aşağıdakı link vasitəsi ilə metodik vəsait ilə tanış ola bilərsiniz: https://www.clb.az/rqd-doan-gn-liir-nvai_d3186.html