Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı haqqında veriliş yayımlayıb. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilib.

Verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, “Leyli və Məcnun” poeması haqqında məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas-alim Aqafangel Krımskinin “Nizami və onun müasirləri” adlı monoqrafiyasından söz açılıb.