Almaniyanın Bavariya federal əyalətində sakinlərdən biri yol kənarındakı zibil konteynerində kətan üzərində işlənmiş iki rəsm əsəri aşkar edərək polis şöbəsinə təhvil verib.

Məlum olub ki, XVII əsrə aid əsərlərdən birinin müəllifi  holland rəssamı Samuel van Dirksz van Hoogstratenə (1627-1678), digəri isə italyan rəssam Petro Bellotiyə (1625-1700) məxsusdur. Hələlik heç kim rəsm əsərlərinin təhvil verildiyi polis idarəsinə müraciət edərək onların sahibi olduğunu bildirməyib.

Ekspertlərin rəyinə görə, əsərlər orijinaldır. Holland rəssamın əsərində qırmızı şlyapalı oğlan təsvir edilib, ikinci əsər isə Belottinin avtoportretidir.

LALƏ