Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin 5-ci sinif şagirdi Aylin Əsədli Rusiyanın Novorossiysk şəhərində keçirilən “Qələbənin səsləri. Novorossiysk” beynəlxalq onlayn bədii yaradıcılıq müsabiqəsində fortepiano üzrə 1-ci dərəcəli laureat adına layiq görülüb. Xızı rayon Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin 2-ci sinif şagirdi Pərvanə Hüseynova Rusiyanın Kazan şəhərində keçirilən “İstedadların dövranı” beynəlxalq incəsənət müsabiqəsində iştirak edərək laureat adına layiq görülüb.

Şəki Regional Mədəniyyət İdarəsi C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında yazıçı Gülsüm Adilqızının “Murad ömrü”, “Torpaq, uğrunda ölən varsa Vətəndir!”, “Vətən çağırır”, “Şəhidlik zirvəsinin fatehləri”, “Vətən salnaməsinin qəhrəmanları” kitablarının təqdimatı olub. Oğuz rayon Şirvanlı kənd kitabxanasının həyətində kitab sərgisi təşkil edilib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Aşıq Ələsgərin saz-söz dünyası” mövzusunda tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Biz Heydər Əliyev ordusunun əsgərləriyik” adlı tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ordu ölkəmizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır” mövzusunda videokonfrans gerçəkləşib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin və müəssisələrin əməkdaşları Qəbələ rayonundan olan Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Sahil Şirinovun anası Şəhla Şirinova ilə İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində görüş keçirib.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlovun iştirakı ilə iclas keçirilib. İclasda musiqi məktəblərində aşkar olunmuş nöqsanlar və bununla bağlı qəbul edilmiş qərar iştirakçıların diqqətinə çatdırılıb.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndindəki mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Regional idarənin həyata keçirdiyi “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində növbəti tədbir Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzi kollektivinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi A.Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin şagirdi Onur Mustafazadə və məzunu Gülsüm Qurbanlı Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən beynəlxalq onlayn “Astana ulduzları” musiqi festivalında I dərəcəli laureat adına layiq görülüblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin onlayn formatda şura iclası keçirilib. İdarənin rəisi Vüsal Hüseynov müəssisələrdə əmək intizamının vəziyyətinə toxunaraq, kargüzarlıq işinin düzgün aparılması, elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sosial şəbəkələrdə aktivliyin artırılması barədə tövsiyələrini diqqətə çatdırıb.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı və “Gəncə qönçələri” rəqs ansamblı Rusiyanın Kazan şəhərində onlayn formatda keçirilən “İstedadların dövranı” beynəlxalq incəsənət festivalında Qran-pri və II dərəcəli diploma layiq görülüb. Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Turanə İbrahimova və Arslan Vəliyev Qazaxıstanın Astana şəhərində onlayn keçirilən “Astana Stars” beynəlxalq musiqi festivalında 1-ci dərəcəli laureat adını alıblar. Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Nərmin Qurbanova, Nurcan Cəfərova, Selcan Hüseynova, Ceyla Həsənzadə isə həmin müsabiqədə 3-cü dərəcəli laureat adını qazanıblar. Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbində “Qarabağ Azərbaycandır!” adlı vətənpərvərlik mövzusunda müsabiqə keçirilib. Qaliblər diplomla təltif edilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdləri Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Tovuz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Göyçədə göylərə ucalan Aşıq Ələsgərin saz dünyası” adlı videokonfrans keçirilib. Qazax rayon MKS “Azərbaycanda insan hüquqlarının qorunması” adlı videokonfrans keçirib.

N.MƏMMƏDLİ